Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri İbrahimli Adil Asəm oğlunun, Əliyev Asiman Vaqif oğlunun və Nəhmətov Ceyhun Etiqad oğlunun II Fəxri Xiyabanda anım günü qeyd edilib

07 noyabr 2022 | 17:47

   07.11.2022-ci il tarixdə II Şəhidlər Xiyabanında keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Ombudsman Səbinə Əliyeva, Millət vəkili Adil Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, şəhidin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
   Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
   Anım mərasimində Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
  Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
  Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Brinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdiriblər.

Keçidlər