Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Əhmədov Qardaşxan Elxan oğlunun və Səfərov Cəsarət Xaliq oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu

20 dekabr 2022 | 15:51

 Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

    Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Xəzər rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

     Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Suraxanı İcra Hakmiyyətinin başçısı Əziz Əzizov, YAP Xəzər rayon Təşkilatının sədri, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Əhmədov Qardaşxan Elxan oğlunun və Səfərov Cəsarət Xaliq oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu.

    Anım mərasimində çıxış edən RİH Başçısı Elşən Salahov şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verərək, səbr diləmiş, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərindən söz açmış, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdir.

    Mərasimdə iştirak edən digər rəsmilər çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün şəhidlərimizə rəhmət diləmişlər.

    Sonda şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.

 

Keçidlər