Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Yusifzadə Ramil Adəm oğlunun adına inşa olunan bulağın açılışı olmuşdur

13 oktyabr 2022 | 17:12

    Xəzər rayonu  Binə qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidi Yusifzadə Ramil Adəm oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş bulağın açılışı olmuşdur.

    Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov,  YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Aparatın şöbə müdirləri, din xadimləri, qazilər, şəhid ailələri və şəhidin ailə üzvləri iştirak etmişdir.

    Çıxışlar zamanı 44 günlük müharibədə ordumuzun qazandığı tarixi qələbədən söz açılmış və Vətən uğrunda şəhid olmuş hər bir qəhrəmanın xalqımızın qəlbində əbədi yaşayacağı bildirilmişdir.

  Sonda şəhidin ailə üzvlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.

 

Keçidlər