Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

09 dekabr 2022 | 15:22
Xəzər rayonda Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
9 dekabr 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının gənclərinin təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.  Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayonu Təhsil İşçilərinin Həmkarlar İttifaqının sədri Həzərxan Əbilov , idarə-müəsissə və təşkilat gəncləri iştirak etmişdir. Tədbir Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və gənclərin çıxışları ilə davam etmiş, dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli yoldan geniş söz açılmışdır.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyev haqqında sənədli filmin nümayişi keçirilmişdir.
Keçidlər