Şriftin ölçüsü :

Saytın rəngi :

Şüvəlan qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib

12 may 2023 | 17:36

  12 may 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Şüvəlan qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirilib.
  Şüvəlan qəsəbəsində yerləşən 237 saylı tam orta məktəbin akt zalında keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şüvəlan bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
  Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Xəzər rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib.
  Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
  Görüşdə iştirak edən qəsəbə sakinləri rayonda və eləcədə Şüvəlan qəsəbəsində gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığını və onlara yaradılan şəraitə görə məmnun qaldıqlarını bidirdilər.

Keçidlər