Şriftin ölçüsü :

Saytın rəngi :

Şüvəlan çimərliyində növbəti təmizlik aksiyası təşkil olunub

08 iyun 2022 | 12:25

    7 iyun 2022-ci il tarixində Xəzər  Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsi və “Atəşgah Sığorta” şirkətinin birgə təşkilatçılığı ilə rayonun Şüvəlan çimərliyində irimiqyaslı təmizlik aksiyası keçirilib.
   Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
    Sözügedən aksiyada rayonun könüllü gəncləri və “Atəşgah Sığorta” şirkətinin kollektivi iştirak edib.
    Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.

Keçidlər