Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı tariximiz olan “Zəfər Günü” ərəfəsində rayon məktəblərində silsilə ekskursiyalar təşkil olunur

04 noyabr 2022 | 14:36

   Vətən Müharibəsində qazandığımız Şanlı “Zəfər”imizin II ildönümü münasibətilə məktəblilərimiz tərəfindən “Tariximizi öyrənək” adı altında II Fəxri Xiyabana, Hərbi Qənimətlər Parkına, Şəhidlər Xiyabanına, tarix müzeylərinə ekskursiyalar təşkil olunmuş, həmçinin şəhidlərimizin məzarları və Şəhid ailələri ziyarət edilmişdir.
   Şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda Vətənə, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, tariximizi və onu yaşadanları tanıtmaq məqsədi daşıyan bu ziyarətlər zamanı məktəblilərimiz Vətənpərvərlik mövzusunda və Vətən uğrunda canını qurban verən şəhidlərimizə həsr olunan şeirlər səsləndirmiş, Şəhid məzarlarına gül düzmüşdürlər.

Keçidlər