Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı Türkan qəsəbə sakinləri ilə səyyar görüş keçiriblər

10 yanvar 2023 | 15:16

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən yerlərdə sakinləri narahat edən məsələlərin araşdırması və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadı olaraq səyyar qəbullar keçirilir. 10 yanvar tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Milli Məclisin deputatı Soltan Məmmədovla birgə Türkan qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirilib.

       Türkan qəsəbəsində yerləşən 119 saylı orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, icra hakimiyyəti aparatının şöbə müdirləri, Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Türkan bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

       Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Xəzər rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib.

       Sonra Millət vəkili Soltan Məmmədov çıxış edərək, əhalini narahat edən problemlərlə bağlı dövlət qurumlarına göndərilmiş müraciətlər, onların həlli istiqamətində görülən işlər barədə məlumat verib. Eyni zamanda, səyyar görüş zamanı səsləndirilən məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görüləcəyini bildirib.

       Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

       Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasından məmnun qaldıqlarını bidirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər