Şriftin ölçüsü :

Saytın rəngi :

"Qalib ölkənin qalib yeniyetmələri" adlı Xəzər Rayon Yeniyetmələrinin l Rayon Toplantısı keçirilmişdir

24 may 2022 | 15:36

   24 may 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsi, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə Xəzər Rayon Yeniyetmələrinin l Rayon Toplantısı keçirilmişdir. Tədbirdə Xəzər    Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi rəhbəri Sitarə Əhmədova, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının baş katibi Ramin Həbibzadə, AzTv layihə rəhbəri Gültəkin Səfərova, media nümayəndələri, müəllimlər və rayonun fəal yeniyetmələri iştirak etmişdir.
   Tədbirin əsas məqsədi rayonda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, rayonda könüllülük hərəkatını inkişaf etdiməkdir.
   Toplantıda çıxış edən qonaqlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətindən danışaraq forumun iştirakçılarına uğurlar arzulamışlar. Yeniyetmələr isə öz çıxışlarında vətənpərvərlik, ixtisas seçimləri, ekologiya, informasiya texnologiyaları, kitablar və onlar üçün maraq kəsb edən digər mövzulara toxunmuşdurlar. Tədbirin "Bir sual - bir cavab" adlı hissəsində iştirakçılar tərəfindən qonaqlara ünvanlanmış müxtəlif suallar ətrafında geniş müzakirələr aparılmışdır.
      Sonda forum iştirakçılarına fərman və sertifikatlar təqdim olunaraq onlarla xatirə şəkli çəkilmişdir.

Keçidlər