Şriftin ölçüsü :

Saytın rəngi :

Qala Qoruğunda 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunmuşdur

25 iyun 2022 | 16:39

    Qala Qoruğunda 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri   Şahin Seyidzadə, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, müharibə iştirakçıları, şəhid ailələri və ağsaqqallar iştirak etmişdir.
   Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən bəhs edərək, qəhrəman şəhidlərimizin və qazilərimizin döyüş yollarının, ümumilikdə isə böyük Zəfərimizin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə işində mühüm rol oynadığını bildirmişdirlər.
   Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilmişdir.

 

Keçidlər