Şriftin ölçüsü :

Saytın rəngi :

H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə “Şuşa sən azadsan!” adlı tədbir keçirilmişdir

07 iyun 2022 | 12:21

06 iyun 2022-ci il tarixdə Mərdəkan qəsəbəsində yerləşən H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə “Şuşa sən azadsan!” adlı tədbir keçirilmişdir.

Tədbirdə Xəzər RİH Başçısının müavini Lalə Əhmədova, İsmayıllı rayonunun Gəndov kənd ümumi orta məktəbinin, Şuşa Şəhəri 7 №li tam orta məktəbin və Laçın rayonu Çıraqlı kənd tam orta məktəblərinin müəllimləri, Turizm Könüllülər Təşkilatının əməkdaşları, 123 №li məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
   Tədbir ilk öncə beynəlxalq E-Twinning  layihəsinin başa çatması münasibətilə təşkil olunmuş konfransla başladı. Çıxışçılar layihə çərçivəsində görülən işlərdən, əldə olunan uğurlardan məlumat verdilər, layihə çərçivəsində məktəblər arasında qarşılıqlı əməkdaşlığın nə qədər əhəmiyyətli oluğunu vurğuladılar. Konfransın sonunda layihədə fərqlənən iştirakçılar  təltif olundular.
  Konfransdan sonra qonaqlar məktəbin daxilində böyük Qələbəmizə həsr olunmuş “Zəfər” muzeyinə, “Şuşa ili” ilə əlaqədar Qarabağın və eləcə də Şuşanın məşhur simaları, tarixi abidələrinin məktəbin divarlarında əks olunmuş rəsmlərinə, müxtəlif əl işləri və eksponatlara baxış keçirdilər.
    Tədbirin bədii hissəsində qonaqlar Bülbülcan adına Şuşa musiqi məktəbinin musiqiçilərinin müşayiəti ilə şagirdlərin ifasında Vətən mövzusunda şeirlər, mahnılar dinləyərək, rəqslərə tamaşa etdilər.
  Sonda məktəbin direktoru S.Mustafayeva tədbirə gələn qonaqlara minnətdarlığını bildirmiş, tədbirin bütün təşkilatçılarına və iştirakçılarına təşəkkür etmişdir.

Keçidlər