Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev ili” çərçivəsində 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

31 yanvar 2023 | 16:59

   “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Xəzər rayonunda silsilə tədbirlər keçirilir.
31 yanvar 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 4 saylı uşaq incəsənət mərkəzində Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda bayram tədbiri keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər  Rayon Təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Soltan Məmmədov, Jalə Əhmədova və Rauf Əliyev, rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
   Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu gənclər siyasəti barədə ətraflı məlumat verdi. Tədbirdə həmçinin çıxış edən YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Soltan Məmmədov, Jalə Əhmədova və Rauf Əliyev və YAP Xəzər    Rayon Təşkilatının gənc fəalı Sultan Teymurov 44 günlük Vətən Müharibəsi dövründən danışaraq ölkədə aparılan uğurlu gənclər siyasətinin nəticəsində Azərbaycan gənclərinin vətənə sevgi hissi və vətənpərvərlik ruhunda tərbiyə olunduqlarını vurğulayıblar. Qeyd olunub ki, bu sahədə imzalanan fərman və sərəncamlar, qəbul edilən    Dövlət proqramları gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində geniş imkanların açılmasına şərait yaradıb.
   Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqəsi, rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
  2 fevral - Gənclər Günü münasibətilə rayon gənclərini təbrik edən Elşən Salahov, Namiq Əhmədov, Soltan Məmmədov, Jalə Əhmədova və Rauf Əliyev onlara gələcək fəaliyyətlərində uğurlar dilədilər.
Tədbirin sonunda istedadlı gənclər konsert proqramı ilə iştirakçılar qarşısında çıxış ediblər.

Keçidlər