Şriftin ölçüsü :

Saytın rəngi :

Buzovna qəsəbəsində sahilboyu qayalıqlardakı ərazidə növbəti iməcilik keçirilib

19 oktyabr 2022 | 09:56

   Xəzər rayonunun Buzovna qəsəbəsində sahilboyu qayalıqlar olan ərazidə növbəti iməclik keçirilib.
18 oktyabr 2022-ci il tarixində Buzovna çimərliyinin ərazisində aparılan təmizlik işləri Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra
Hakimiyyətinin nəzarəti altında həyata keçirilib.
  Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən canlı qüvvə və texnikalar cəlb olunmaqla ərazidə təmizlik işləri aparılıb.
    Qeyd olunan ərazilərdə növbəti həftələrdə də genişmiqyaslı iməcliklərin keçirilməsi nəzərdə tutulub.

Keçidlər