Şriftin ölçüsü :

Saytın rəngi :

15 oktyabr 2013-cü il tarixdə Xəzər rayonunda Muğam müsabiqəsi keçirilmişdir.

16 oktyabr 2013 | 15:00

 

15 oktyabr 2013-cü il tarixdə Xəzər rayonu Mərdəkan Mədəniyyət sarayında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında və Xəzər rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə IV muğam televiziya müsabiqəsi keçirilmişdir. 
     Müsabiqədə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Rayon icra hakimiyyəti aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə-müəssisə, xidmət sahələrinin rəhbərləri və 380 nəfər rayon sakini iştirak etmişdir.
     Azərbaycan Respublikasının Xalq artistləri Arif Babayevin, Ağaxan Abdullayevin, Səkinə İsmayılovanın və digər əməkdar incəsənət xadimlərinin heyətində olduğu “ Muğam Müsabiqəsi 2013” Televiziya musabiqəsində  bir – birindən maraqlı muğamlarla çıxışlar  edilmişdır.
      Muğam müsabiqəsi rayon sakinləri tərəfindən təntənə ilə qarşılanmışdır.

Keçidlər