Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib

13 sentyabr 2019 | 16:00

    13 sentyabr 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətində təcrübə keçən 4-ci qrup könüllülərləgörüş keçirilib.
   Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, İnformasiya təminatı və təhlil sektorunun müdiri Babək Mehdiyev və 4-ci qrup "Xəzər könüllüləri" iştirak ediblər.
  Görüşü açıq elan edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Kərimova ölkədə geniş vüsət alan könüllülük hərəkatının məqsədi və əhəmiyyətindən söz açaraq ölkə rəhbəri cənab İlham Əliyevin gənclərin  könüllülük hərəkatında iştirakına xüsusi diqqət və qayğı göstərdini qeyd edib.
   Daha sonra, gənclər öz təəssüratlarını bölüşərək Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbələrində keçdikləri təcrübə haqqında ətraflı məlumat veriblər. Könüllü gənclər onlara yaradılan şəraitə, diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
   Sonra könüllü kimi işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar təqdim edilib.

 


 

Keçidlər