Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

02 sentyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin hər bir guşəsində, o cümlədən paytaxt Bakının bütün rayonlarında, qəsəbə və yaşayış sahələrində geniş miqyaslı abadlıq və quruculuq işləri aparılır, nümunəvi yeni abad məhəllələr salınır, yaşıllaşdırma tədbirləri həyata keçirilir, məhəllələrdə futbol, basketbol meydançaları və digər idman qurğuları da quraşdırılaraq əhalinin, xüsusən yeniyetmə və gənclərin istifadəsinə verilir.
     Bu məqsədlə Xəzər rayonunda təmiz və abad həyətlərin yaradılması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin olunması istiqamətində görülən işlər davam etdirilir.                             
     Belə ki, rayonun Binə qəsəbənin Əli İsazadə  küçəsində  ümumi sahəsi 2000 kv. metr olan ərazidə yeni abad məhəllə salınmasına başlanılıb. Məhəllədə yeni futbol, basketbol meydançaları, yeni kölgəliklər və digər idman qurğularının tikintisi işləri aparılır.
      Yaxın gələcəkdə abadlıq işləri yekunlaşdıqdan sonra sakinlərin istifadəsinə veriləcək.

 

Keçidlər