Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "9 May-Qələbə Günü" qeyd edildi

06 may 2013 | 15:00

 

7 may 2013-cü il tarixində Xəzər rayonunda “9 May-Qələbə Günü” münasibətilə anım mərasimi keçirilmişdir. Mərasim Şüvəlan qəsəbəsində yerləşən 2-ci Dünya müharibəsində həlak olan  Müharibə iştirakçılarının xatirəsinə həsr olunmuş “Ana” abidəsi önündə olmuşdur.
        Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayonun idarə-müəssisə rəhbərləri iştirak etmişdir.
        Mərasim 1941-1945-ci il 2-ci Dünya Müharibəsi Qurbanlarının ruhuna həsr olunmuş bir dəqiqəlik sükutla başlamışdır.  Daha sonra “9 May-Qələbə Günü”  haqqında nitqlər söylənilmiş və Şüvəlan qəsəbəsi 237 saylı məktəbin şagirdləri tərəfindən hazırlanmış şerlər oxunmuşdur.
         Sonda mərasim Istirakçıları tərəfindən Abidənin önünə güllər qoyulmuşdur.

Keçidlər