Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Şüvəlan çimərliyində təmizlik aksiyası keçirilib

27 iyun 2019 | 16:00

27 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər  Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığ ilə rayonun Şüvəlan çimərliyində irimiqyaslı təmizlik aksiyası keçirilib.
   Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
     Sözügedən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü gəncləri, Xəzər  Rayon İcra Hakimiyyətində könüllü kimi çalışan gənclər, Xəzər Rayon Gənclər və İdman İdarəsinin, "Hyatt Regency Baku" otelinin kollektivi, rayonun fəal gəncləri olmaqla ümumilikdə 100 nəfər iştirak edib.

Keçidlər