Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi "Təmizlik ayı" çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri həyata keçirilib

08 iyun 2019 | 16:00

    Bakı şəhərində sanitar-təmizlik aylığının keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi "Təmizlik ayı" çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri həyata keçirilib.
      Belə ki, 8 iyun 2019-cu il tarixində yaz-yay mövsümü ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər rayon Mənzil kommunal Təsərrüfat Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində təmizlik, və abadlıq-quruculuq işləri görülüb.
     Əsasən rayonun Mərdəkan qəsəbəsinin Baba Əliyev və mərkəzi küçəsi olan S,Yesenin,  Buzovna qəsəbəsinin Buzovna-Maştağa avtomobil yolunun kənarında və Binə qəsəbəsinin mərkəzi küçəsi olan Əli İsazadə küçələrində fəaliyyət göstərən ticarət obyektlərinin qarşısında təmizlik işləri görülüb, ümumi görnüşə xələl gətirən küçə reklamları sökülüb, ətrafdakı alaq otları vurulub.

 

 

 

 

 

 

 

Keçidlər