Şriftin ölçüsü :

Saytın rəngi :

"Təmiz Xəzər-Abad Ölkəm" layihəsi çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri həyata keçirilməkdədir

03 iyun 2019 | 16:00

  "Təmiz Xəzər-Abad Ölkəm" layihəsi çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri həyata keçirilməkdədir.
     Belə ki, 2019-cu ilin yaz-yay mövsümü ilə əlaqədar olaraq Mərdəkan qəsəbəsinin mərkəzi küçəsi olan S.Yesenində mövcud piyada səkilərində təmir işləri aparılmış  və yeni səki daşları düzülmüşdür.
   Qəsəbənin Saəddin Dadaşov küçəsi, bina 6-da yaşayan sakinlərin istək və arzularına uyğun olaraq çoxmənzilli yaşayış binasının giriş qapıları dəyişdirilərək, yenisi ilə əvəz olunmuş, blokların köhnə pəncərələri dəyişdirilərək yeni plastik pəncərələr qoyulmuş, binanın həyətində yaşıllıqlar salınmış, yeni ağaclar əkilmiş və ətrafında təmizlik işləri aparılmışdır.
   Qəsəbənin Şərq küçəsində qəsəbədaxili yolların asfaltlanması işləri görülmüş, yeni salınan Buzovna-Mərdəkan-Qala avtomobil yolunun kənarında əkilmiş ağacların dibləri bellənmiş, suvarılmış və digər küçələrdə alaq otları vurularaq, ətrafda təmizlik işləri aparılmışdır.
     Bundan əlavə qəsəbənin Nizami parkında olan dəmir barmaqlıqlarda rənglənmə işləri aparılmış, alaq otları vurulmuş, Şəhidlər parkında alaq otları vurulmuş, ağacların dibləri bellənmiş və ətrafda təmizlik işləri aparılmışdır.
   Qəsəbədə yararsız vəziyyətə düşən zibil konteynerləri təmir olunmuş və əksər yerlərdə yenisi ilə əvəz olunmuşdur.
     Hal-hazırda qeyd olunan ərazidə təmizlik və abadlıq işləri davam etdirilir.

Keçidlər