Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Gül bayramı qeyd edilmişdir

06 may 2013 | 15:00

 

2013-cü il mayın 4-də Xəzər rayonu, Mərdəkan Mədəniyyət evinin qarşısında  gül bayramı münasibəti ilə rayon ərazisində fəaliyyət göstərən təhsil, mədəniyyət və istehsal müəssisələrinin təqdim etdiyi əl işlərindən, rəsm əsərlərindən, toxuma işlərindən və müxtəlif təbii güllərdən ibarət sərgi keçirildi..
       Məktəblilərin, şagirdlərin böyük həvəslə hazırladıqları bu işlər öz rəngarəngliyi ilə seçilirdi. Milli geyimdə, al-əlvan paltarlı körpələr bu sərgidə bayram əhval-ruhiyyəsi ilə iştirak edirdilər.
       Nümayiş etdirilən güllər, gül dəstələri, əl işləri və s. kolleksiyalarla tanış olmaq üçün bayram tədbirinə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov, rayonun millət vəkili Rauf Əliyev, icra strukturlarının rəhbərləri, bələdiyyə üzvləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri kollektivlərinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələri qatılmışdır.
       Daha sonra rayonda fəaliyyət göstərən müsiqi məktəblərinin və tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunmuş konsert proqramı olmuşdur..
       Bayram münasibəti ilə rayondakı aztəminatlı və şəhid ailələrinə, məcburi köçkünlərə bayram süfrəsi açılmışdır.

Keçidlər