Şriftin ölçüsü :

Saytın rəngi :

"Təmizlik ayı" çərçivəsində rayonunun Zirə qəsəbəsində təmizlik-abadlıq işləri həyata keçirilmişdir

13 may 2019 | 16:00

     Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi "Təmizlik ayı" çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri uğurla davam etdirilir.
     Belə ki, elan olunmuş "Təmizlik ayı" çərçivəsində rayonun Zirə  qəsəbəsində neftci Babayev  Əbdülhəsən Qurban oğlunun adına ucaldılmış abide kompleksində təmir işləri aparılmış, şəhid Ağayev Ziyanın adına olan su bulağı yenidən təmir edilmiş, Şəhidlər məscidinin həyətində Şəhidlər bulağı tikilmiş, qarşısına dəmir qapı quraşdırılmışdır.
    Həmçinin, qəsəbənin küçələrində yol kənarında olan alaq otları vurularaq təmizlənmiş, əkilmiş  ağaclar suvarılmış, ətraf ərazilərdə abadlıq işləri aparılmışdır.    
Bundan əlavə, qəsəbəsinin Qışlaq yaşayış sahəsinə ümumi üzunluğu 1.5 km yeni asfalt örtüyü salınmışdır.

Keçidlər