Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Xəzər rayon Spartakiadasının açılış mərasimi

09 aprel 2013 | 15:00

        5 aprel 2013 – cü il tarixində Şağan Olimpiya İdman Kompleksində  Xəzər rayon Gənclər və İdman idarəsi Xəzər rayon İcra Hakimiyyəti ilə birlikdə Xəzər rayonunda Bədən tərbiyəsi və idmanın daha da geniş təbliğ edilməsi, gənclərin sağlamlığının möhkəmləndirilməsi,sağlam həyat tərzinin formalaşdırılması,rayonda kütləvi sağlamlıq,bədən tərbiyəsi və idman tədbirləri ənənələrini qorunub saxlanılması və inkişaf etdirilməsi,istedadlı idmançıların aşkar edilməsi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini rayonda yüksək səviyyədə qeyd etmək məqsədilə İdarə, müəssisə, təşkilatlar və bədən tərbiyəsi kollektivləri arasında 5 idman növü üzrə (Şahmat, Voleybol, Stolüstü tennis, Futbol,Güllə atıcılığı ) keciriləcək Spartakiadanın açılış mərasimi keçirilmişdir.İlk olaraq Spartakiadaya  Şahmat idman növü ilə start verilmişdir.
          Açılış mərasimində Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev , Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, 16 saylı Uşaq Gənclər və İdman məktəbinin müdiri Mərdan Quliyev, Şağan Olimpiya İdman Kompleksinin müdiri Emin Rzayev, rayon idmançıları iştirak  etmişdilər.

Keçidlər