Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir

30 mart 2013 | 16:00

 

30.03.2013-cü il tarixində Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli məktəbdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir məktəbin ərazisində yerləşən 1918-ci ildə Bakıda Ermənilər tərəfindən törədilən Azərbaycanlıların soyqırımının qarşısını almaq üçün köməyə gələn türk ordusunun şəhid olmuş iki əsgərinin xatirəsinə ucaldılmiş abidənin önündə keçirilmişdir. Tədbirdə aparatın məsul işçiləri və Xəzər rayon idarə- müəssisə rəhbərləri iştirak etmişdir.
         Tədbir Şəhidlərin ruhuna həsr olunmuş bir dəqiqəlik sükutla başlamışdır. Daha sonra “31 mart Azərbaycanlıların Soyqırımı Günü” haqqında nitqlər söylənilmiş və məktəblilər tərəfindən hazırlanmış şerlər oxunmuşdur.
         Sonda tədbir Istirakçıları tərəfindən Abidənin önünə güllər qoyulmuşdur.

Keçidlər