Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd edildi.

24 mart 2013 | 16:00

 


            Mart ayının 20-də Mərdəkan Mədəniyyət Sarayının qarşısında  rayon ictimaiyyətinin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivlərinin, Xəzər rayonu İcra Hakimiyyətinin başçısı, millət vəkilinin və Xəzər rayon idarə və müəsissə rəhbərlərinin  iştirakı ilə “Novruz bayramı” münasibətilə bayram şənliyi keçirilmişdir.
         Şənlikdə milli adət-ənənələri əks etdirən sərgi təşkil olunmuş və rayonda fəaliyyət göstərən idman məktəbləri nümunəvi idman çıxışları etmişdilər. Kosa, Keçəl və Bahar qızının iştirakı şənliyin daha da əyləncəli, şux keçməsinə zəmin yaratmışdır.
         Daha sonra rayonda fəaliyyət göstərən müsiqi məktəblərinin və tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunmuş konsert proqramı olmuşdur..
         Bayram münasibəti ilə rayondakı aztəminatlı və şəhid ailələrinə, məcburi köçkünlərə bayram süfrəsi açılmışdır.
      

Keçidlər