Şriftin ölçüsü :

Saytın rəngi :

144 saylı körpələr evi - uşaq bağçasında “Zəfər Günü” qeyd olundu

05 noyabr 2022 | 16:02

   Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 144 saylı körpələr evi-uşaq bağçasında “8 Noyabr - Zəfər Günü”nün II ildönümü münasibətilə Bayram tədbiri keçirilmişdir.
   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, bağçanın müəllim kollektivi və digər qonaqlar iştirak etmişdirlər. Tədbiri öz çıxışları ilə rəngləndirən körpə fidanlar Vətən mövzusunda şeirlər səsləndirmiş, rəqs və kompozisiyalar ifa etmişlər. Tədbirdə çıxış edən L.Əhmədova tədbir iştirakçılarını bu gözəl gün münasibətilə təbrik edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun xalqımıza bəxş etdiyi Zəfər tarixinin mahiyyətindən söz açmışdır.

Keçidlər