Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayonu Mərdəkan və Türkan qəsəbələrində “Yaşıl Həftə” devizi altında növbəti ümumrayon iməcliyi keçirilmişdir

16 fevral 2014 | 16:00

15.02.2014-cü il tarixində Bakı Şəhəri Xəzər Rayonunda yeni istifadəyə verilmiş Mərdəkan-Buzovna magistral yolunun ətrafında və Türkan qəsəbəsində “Yaşıl Həftə” devizi altında ümumrayon iməcliyi keçirilmişdir. İməclikdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı G.İslamov, Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayonun idarə və təşkilatların kollektivlərinin, - ümumilikdə 150 nəfərin iştirakı olmuşdur.
   İməclik zamanı iştirakçılar tərəfindən 1000 ədədə yaxın  ağac əkilmiş, sahədə təmizlik işləri görülmüşdür.Əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmiş,suvarma işlərinə xüsusi diqqət yetirilmiş, əkilmiş ağaclara qulluq göstərilmişdir
        Ümumilikdə Xəzər RİH tərəfindən cari il ərzində “Yaşıl Həftə” devizi altında Buzona-Mərdəkan magistral yolu ətrafında   7.6 km məsafədə 8 minə yaxın ağacın əkiləcəyi planlaşdırılır

Keçidlər