Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xəzər rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.

06 fevral 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 15 sentyabr tarixli, 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) 3.5.2.3.3. bəndinə əsasən erkən nikah hallarının azaldılması məqsədilə yerli səviyyədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xəzər rayon İcra Hakimiyyəti ilə birgə 5 fevral 2014-cü il tarixində Mərdəkan Dendroparkında marifləndirmə tədbiri keçirmişdir.
       Dəyirmi masa formatında keçirilən tədbirdə Xəzər RİH başçısının I müavini Vaqif Həsənov, RİH başçısının müavini Arif Balayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Millət vəkilləri Rauf Əliyev, Hadı Rəcəbli və Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi  üzrə  nümayəndələri, polis əməkdaşları, din xadimləri, səhiyyə və təhsil işçiləri iştirak etmişdir.

Keçidlər