Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatında

etik davranış məsələləri ilə bağlı 2022-ci il ərzində görülən işlər haqqında

M Ə L U M A T

 

   Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 8.10.1-ci yarımbəndinin və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı 2022-ci il ərzində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Aparatında çalışan əməkdaşlar üçün 08.04.2022-ci il və 10.06.2022-ci il tarixlərində, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan və inzibati vəzifə tutan əməkdaşlar üçün isə 24.08.2022-ci il və 13.10.2022-ci il tarixlərində maarifləndirmə məqsədilə təlimlər keçirilmişdir.

  Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Aparatında çalışan əməkdaşlar üçün 08.04.2022-ci il və 10.06.2022-ci il tarixlərində keçirilən təlimlərdə 52 nəfərin, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan və inzibati vəzifə tutan əməkdaşlar üçün 24.08.2022-ci il və 13.10.2022-ci il tarixlərində keçirilən iclaslarda isə 48 nəfər əməkdaşın iştirakı təmin olunmuşdur.

 Təlimlərdə iştirakçılara “Dövlət qulluqçularının etik davranış qaydaları - peşəkarlıq və fərdi məsuliyyətin artırılması, ictimai etimad, mədəni davranış”, “əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi”, “insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, işgüzar nüfuza hörmət” mövzularında bilgilər verilmişdir.

    Hesabat ilində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Aparatında və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları arasında etik davranış qaydalarını pozan dövlət qulluqçusu olmamışdır.

  Hesabat dövründə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən RİH başçısı Aparatında və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmişdir

           

 

 

 

 

 

 

 

 

 

Keçidlər