Şriftin ölçüsü :

Saytın rəngi :

Diqqət Səyyar ASAN xidmət Xəzər rayonunun Binə qəsəbəsində

05 oktyabr 2020 | 16:00

Səyyar ASAN xidmət oktyabr ayının 2-dən etibarən Binə qəsəbəsində fəaliyyətə başlayıb. Səyyar ASAN xidmət 5-30 oktyabr tarixlərinə kimi Xəzər rayonunun Binə qəsəbəsi, Əli İsazadə küçəsi 2 (Bələdiyyənin qarşısı) ünvanında səyyar formada vətəndaşlara xidmət göstərəcək.Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
      

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;

 Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

Keçidlər